Dünyanın üç nömrəli tennisçisi Karlos Alkaras “Rolan Qarros”dakı qələbəsi şərəfinə ayağına döymə vurdurub.

21 yaşlı ispaniyalının ayağına Eyfel qülləsinin döyməsi və turnirin finalının tarixi – “09.06.24” çəkilib.

Xatırladaq ki, Karlitos Fransadakı turnirin finalında almaniyalı Aleksandr Zverevə qalib gələrək çempion olmuşdu. Ardınca isə “Uimbldon”da qalib gələn Alkaras, buna da cüsusi döymə həsr edəcəyini bildirmişdi.

0207202b 1f55 4268 a323 438219162ccf - Futbolinfo.az
Shares: