“Neftçi” Türkiyədə çıxış edən daha bir futbolçuya göz dikib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı klubu “Trabzonspor”un yarımmüdafiəçisi Murat Cem Akpınarla maraqlanır. Lakin 25 yaşlı orta sahə oyunçusunu heyətə cəlb etmək “ağ-qaralar” üçün asan olmayacaq. Çünki “Antalyaspor”, “Sakaryaspor”, “Bandırmaspor” və “Kocaelispor” da onu transfer etmək niyyətindədirlər.
Ötən mövsümü icarə əsasında “Sakaryaspor”da keçirən Murat Cem Akpınar Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib. Bu da o deməkdir ki, “Neftçi” onun xidmətindən yerli oyunçu kimi yararlana bilər. Bu amil paytaxt təmsilçisinin transferdə israrlı olmasına yol açıb.
Qeyd edək ki, ötən mövsüm “Sakaryaspor”un heyətində 29 rəsmi oyunda 2 qol, 7 assistlə yadda qalan Murat Cem Akpınarın “Trabzonspor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, 2016-cı ildə U-17 və U-18 yığmalarımızın formasını geyinib.