II Liqada mübarizə aparan “Ağdaş” futbol klubunun prezidenti Rəhman Əliyev faciəvi şəkildə dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı Əliyev gecə saat 2 radələrində rayon ərazisindən keçən su kanalında dostu ilə boğularaq ölüb.
Qeyd edək ki, Rəhman Əliyev həmçinin “Ağdaş” klubunun aşağı yaş qrupunun məşqçisi idi. O, klubun fəaliyyət göstərməsndə misilsiz xidmət göstərirdi.