Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.
2-ci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la qarşılaşacaq ağdamlılar rəqibinə məğlub olarsa, Avropa Liqasına yuvarlanacaq və orada “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq.
Avropa Liqasında 3-cü raundun oyunları avqustun 8-də və 15-də keçiriləcək.