Pyer-Emil Hoyberq Fransada oynayacaq. Danimarka millisinin üzvü Marsel “Olimpik”i ilə razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi çoxdan ayrılmaq istədiyi “Tottenhem”lə vidalaşır. Amma o, aparıcı İngiltərə və İtaliya klubları ilə anlaşa bilməyib. Londonlular futbolçusunu Liqa 1 təmsilçisinə satmağa qərar verib.
“Olimpik” 28 yaşlı oyunçu üçün 18 milyon avro ödəyəcək. “Tottenhem” onu 4 il öncə “Sauthempton”dan 16 milyon avroya almışdı.