Joao Feliks yenidən İngiltərədə oynaya bilər. 2023-cü iln ilk 6 ayında “Çelsi”də icarədə olan portuqaliyalı bu dəfə başqa bir London klubundan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, 2019-cu ildə 127 milyon avroya “Benfika”dan transfer olunan hücumçu “Atletiko”da möhkəmlənə bilmədi. Baş məşqçi Dieqo Simeone ilə yola getməyən oyunçu ötən mövsümü də icarə qaydasında “Barselona”da keçirdi. Madridlilərlə 5 illik müqaviləsi qalan 24 yaşlı Feliksi heç kim transfer etmir, klubunun yüksək tələbi üzündən yalnız icarəylə kifayətlənirlər.
Qiyməti 30 milyon avroya düşən Joaonu indi də “Aston Villa” istəyir. Amma “Atletiko” növbəti dəfə icarəyə razı deyil, satış haqda düşünür. İngilislər tezliklə rəsmi təklif göndərmək niyyətindədir.