Rusiyalı gimnast Lalə Kramarenko karyerasını 2028-ci il Olimpiya Oyunlarına qədər davam etdirməyi planlaşdırmadığını bildirib.
“Olimpiadaya getmək arzum var idi, amma çox güman ki, bu gerçəkləşməyəcək. Başqa bir şey haqqında danışmalıyıq. Bu, bizim Olimpiadamız olmayacaq, növbəti Olimpiadaya qədər isə idmanda qalmayacağam. Bu il 20 yaşım tamam olacaq. Hər şey sağlamlığımdan asılıdır. Ola bilsin ki, karyerama fasilə verdim, sonra hər şey qaydasına düşərsə, qayıdıb məşq etməyə başlaya bilərəm”, – deyə Kramarenko “Olimpdən yuxarı” verilişinin efirində deyib.
Azərbaycan futbol millisinin keçmiş qapıçısı Dmitri Kramarenkonun qızı Rusiya çempionu, yeniyetmələr arasında üçqat dünya çempionu, komanda yarışında Avropa çempionu və BRİKS Oyunlarının qalibidir.