Martin Breytveyt karyerasını Braziliyada davam etdirəcək. Danimarkalı futbolçu “Qremio” ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu “Espanyol”u azad agent kimi tərk edib. 2 il öncə “Barselona”dan bu komandaya gələn Martin, indi də eyni qaydada “Qremio”ya gedib. Avropada bir çox klubun formasını geyən futbolçunun cənubi amerikalılarla müqaviləsinin detalları açıqlanmır.
Breytveytlə bağlı maraqlı məqam odur ki, futbolçu “Olimpiakos”la anlaşmışdı. O, Yunanıstanda tibbi müayinədən də keçmişdi. Lakin son anda qərarını dəyişən Martin Braziliyaya yollanıb.