Bu ilin yanvarında Albaniya “Eqnatiya”sından ayrılaraq “Boluspor”a keçən Vüsal İsgəndərli yenidən iş yerini dəyişə bilər. Millimizin üzvü Türkiyədə qalacağını dəqiqləşdirməyib.
Futbolinfo.az xəbər verir ki, buna “Boluspor”da maliyyə durumunun yaxşı olmaması səbəb göstərilir. Onun Bəxtiyar Həsənəlizadə, Ramil Şeydayev və Şahruddin Məhəmmədəliyev kimi vətənə dönmək imkanı var.
Vüsal sə saytımıza açıqlamasında gözləmə mövqeyində olduğunu deyib: “Azərbaycan, Albaniya və Bosniya liqalarından təkliflər var. Amma hələ ki, “Bolusporda”yam. Daha sonra nələr olacağını zaman göstərəcək. Sadəcə, qollar vurub, asistlərə davam etmək istəyirəm. Ötən mövsüm statistika olaraq mənim üçün elə də yaxşı keçmədi. Buna baxmayaraq, üzərimdə çalışıram. Hər zaman daha uğurlu olacağıma inanıram”.
GÜNAY SÜLEYMANOVA