Aleks-Oksleyd Çemberleyn özünə klub axtarır. “Beşiktaş” ingiltərəli cinah oyunçusundan imtina edib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubunda ümidləri doğrultmayan oyunçuya müqavilənin qarşılıqlı razılıq əsasında pozulması təklif edilib. Klub rəhbərliyi ötən yay azad agent kimi heyətə qatılan Çemberleynin xidmətində maraqlı deyil.
2017-ci ildə “Arsenal”dan “Liverpul”a 38 milyon avroya transfer edilən, “Beşiktaş”a azad agent kimi gələn, indi isə bazar dəyəri 4 milyon olan futbolçunun müqaviləsi davam edir. Amma Türkiyə təmsilçisi iki illik müqaviləsi qalan yarımmüdafiəçini pulsuz buraxmağa hazırdır.