BOK-un rəhbəri Tomas Baxı daha 8 il müddətinə təşkilatın üzvü seçiblər.
Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib. 95 iştirakçıdan 93-ü Baxın yenidən seçilməsinə səs verib, iki nəfər isə bitərəf qalıb.
Bax ilk dəfə 1991-ci ildə BOK-un üzvü seçilib, 1996-cı ildə isə təşkilatın icraiyyə komitəsinə daxil olub. O, 10 sentyabr 2013-cü ildən BOK-un prezidentidir.
Xatırladaq ki, Tomas Bax qılıncoynatma növündə komanda yarışlarında 1976-cı ilin Olimpiya çempionudur.