Dünya reytinqinin lideri Yannik Sinner Olimpiadada iştirak etməyəcək.
Buna səbəb tennisçinin xəstələnməsidir. İtaliyalı idmançıda tonzillit aşkar edilib. Hərarətinin çox olmasına görə Yannik Parisə yollanmamışdı. Həkimlərin qərarından sonra isə o, iştirakdan rəsmən imtina edib.
Xatırladaq ki, 2000-ci ildən bəri ilk dəfədir ki, tennis turnirini reytinqin bir nömrəsi buraxacaq. Onun yoxluğunda digər idmançıların şansı artır. Xüsusilə də , Novak Cokoviçin qələbə ehtimalı yüksəlir. Serbiyalı tennisçinin karyerasında çatışmayan yeganə titul məhz Olmipiya çempionluğudur.
Olimpiadada tennis turnirinin püşkü bu gün atılacaq.