“Qarabağ” heyətə düşməkdə çətinlik çəkən futbolçusu Redon Cica ilə yollarını ayıra bilər.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu bu ölkədən təklif alıb.
Konkret olaraq I Liqa təmsilçisi “Ankaragücü” albaniyalı forvardın xidmətində maraqlıdır. Növbəti mövsüm Superliqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan paytaxt klubu hücum xəttini məhz Cica ilə gücləndirmək niyyətindədir. Ancaq “Ankaragücü” bunun üçün “Qarabağ”ın razılığını almalıdır.
Qeyd edək ki, Redon Cicanın Azərbaycan çempionu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.