Argentina yığma komandasının hücumçusu Tiaqo Almada Olimpiya Oyunlarında Mərakeşlə futbol turnirinin qrup mərhələsinin 1-ci tur matçında (1:2) oğurluğun qurbanı olub.
Mənbənin məlumatına görə, Argentina millisinin paltardəyişmə otağından futbolçunun şəxsi əşyaları oğurlanıb. İlkin qiymətləndirmədən sonra futbolçu dəymiş ziyanın məbləğini 50 min avro qiymətləndirib.
Argentina və Mərakeş milli komandaları arasında oyun çərşənbə axşamı, iyulun 23-də baş tutub.