Nigeriya Atletika Federasiyasının səhlənkarlığı üzündən sprinter Ofili Favor 100 metr məsafəyə yarışda iştirak edə bilməyəcək. Federasiya idmançını BOK-da qeydiyyatdan keçirməyib.
Futbolinfo.az xəbər verir ki, Favor üç il idi ki, Olimpiadaya hazırlaşırdı.
Belə olan halda o, 200 metr məsafəyə yarışda qüvvəsini sınayacaq.
Avqustun 2-də, Bakı vaxtı ilə saat 12:35-də qadınlar arasında 100 metr məsafəyə qaçış yarışlarının ilkin mərhələsi keçiriləcək. Final qaçışı avqustun 3-də Bakı vaxtı ilə saat 23:20-də baş tutacaq.