Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu gün “Sabah”ın qonağı olacaq Hayfa “Makkabi”sinin heyətində ciddi dəyişikliklər olacaq.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, ev oyunundakı 0:3 hesablı məğlubiyyət baş məşqçi Barak Bakarı radikal addım atmağa vadar edib.

Çalışdırıcı hücumçu Frantsi Pyerro başda olmaqla, ilk qarşılaşmada ümidləri doğrultmayan bir neçə futbolçunu Bakıda ehtiyatda saxlamağı planlaşdırır. Müdafiəçilər Lorentso Şimiç, Maor Kandil və düşərgəyə qayıdan Abdulaye Sekin ilk dəqiqələrdən meydanda olmaları gözlənilir. İsrail millisinin heyətində Yay Olimpiya Oyunlarında iştirak edən Ethan Azulay, İlay Feinqold və Şon Qoldberq isə Bakıya gələn heyətdə yer almayıblar.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Makkabi” oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə “Sabah” 3:0 hesablı qələbə qazanıb.

Shares: