“Mançester Yunayted”də zədəlilərin durumuna aydınlıq gəlib. Klub Leni Yoro və Rasmus Hoylundun bir müddət komandaya kömək edə bilməyəcəyini təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, yoxlama matçında sıradan çıxan Yoro 3 ay oynamayacaq. Ayağı zədələnən müdafiəçidə qırıq aşkarlanıb. Yeni transfer Premyer Liqanın startını buraxacaq.
Hoylund da eyni aqibəti yaşayacaq. Amma hücumçunun sağalma müddəti daha tezdir. Omba problemi yaşayan futbolçu 6 həftə tam gücü ilə məşq etməyəcək.