Fransa İdman Nazirliyi Olimpiya Oyunlarında medal qazanan idmançıların pul mükafatını açıqlayıb. Qızıl, gümüş və bürünc medalların sahiblərinə müvafiq olaraq 80, 40 və 20 min avro məbləğində mükafatlar veriləcək. Eyni məbləğ idmançının məşqçilər heyətinə də ödəniləcək.

Beləliklə, Fransa tarixində üzgüçülük üzrə ilk üçqat olimpiya çempionu Leon Marşan Olimpiadada artıq 320 min avro qazanıb. O, 400 metr məsafəyə kompleks, 200 metrdə brass və 100 metr batterflayda çempion olub. Olimpiadada Leon Marşanın 200 m məsafəyə kompleks yarışında üzməyi də gözlənilir.

Xatırladaq ki, Tokio oyunlarında fransız idmançılar üçün mükafat bonusları müvafiq olaraq 65, 25 və 15 min avro təşkil etmişdi.

Shares: