Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bununla bağlı Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Mahirə təşəkkür edib və uğurlar arzulayıb.

2022-ci ildən “Dinamo”dan çıxış edən Mahir Emrelinin Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçəcəyi gözlənilir.

Shares: