Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.
Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.
Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.
BANKO KUPON ÜÇÜN
* Bu komandalar arasında keçirilən son 4 oyunun 3-ü məhsuldar alınıb.
* “Sportinq”in Superkubokda keçirdiyi son 2 oyun “üst” bitib.
* “Sportinq” hazırlıq oyunlarını da nəzərə alsaq, son 5 oyunda “üst” oynayıb.
* “Portu”nun son 9 oyundan 8-i məhsuldar alınıb.
SÜRPRİZ KUPON ÜÇÜN
* “Beşiktaş” Türkiyə Superkubokunda “Qalatasaray”a qarşı keçirdiyi son 4 oyunun heç birində əsas vaxtda uduzmayıb.
* “Beşiktaş” son 4 hazırlıq matçında məğlub olmayıb.
* “Beşiktaş” son 6 oyunda yalnız 1 dəfə uduzub.
* “Qalatasaray” son hazırlıq matçında “Parma”ya 0:2 hesabı ilə məğlub olub.
QARIŞIQ KUPON ÜÇÜN
Köln – Hamburq: qarşılıqlı qol
* Bu komandalar arasında keçirilən son 2 oyunda qarşılıqlı qol qeydə alınıb.
* “Köln” son 3 oyununda həm özü qol vurub, həm də rəqibləri fərqlənib.
* “Hamburq”un son 5 oyunundan 3-ü qarşlıqlı qolla başa çatıb.
* Bu komandalar arasında Kölndə keçirilən son 4 oyunun 3-də hər iki tərəf qol vurub.
ARZULANAN KUPON ÜÇÜN
* “Reyncers” son 6 oyunun 5-də “Harts”ı məğlub edib.
* “Harts” son 3 hazırlıq görüşündə məğlub olub.
* “Harts” son 5 oyunda qələbə üzünə həsrət qalıb.
* “Reyncers” Edinburqda “Harts”a qarşı keçirdiyi son 7 oyunun 6-da qalib gəlib.