Kanadalı triatlonçu Tayler Mislavçuk Paris Olimpiadasında çıxışının şokedici təfərrüatlarını açıqlayıb.
Olimpiya Oyunlarında triatlon yarışlarına Sena çayı boyunca 1,5 km üzgüçülük, 40 km velosiped yarışı və 10 km qaçış daxildir. Çayın suyunun keyfiyyətinin aşağı olması səbəbindən yarışlar çərşənbə axşamından çərşənbəyə təxirə salınmışdı.
Problem o qədər ciddi idi ki, təşkilat komitəsi hətta triatlonun duatlonla əvəzlənməsi variantını da nəzərdən keçirmişdi. Bununla belə, müsabiqə yenə də ənənəvi formatda reallaşıb.
Yarışda Mislavçuk 16-cı yeri tutub. İdmançının sözlərinə görə, o, bir çox digər atletlər kimi yarış zamanı qusmaq istəyib.