I Liqada çıxış edən “Karvan” yeni mövsüm öncəsi təlim-məşq toplanışına daha bir legioner futbolçu dəvət edib. Yevlax təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Tornike Muzaşvilini sınaqdan keçirir.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı vinger məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilsə, onunla bir illik müqavilə imzalanacaq. Tornikenin son klubu ölkəsinin “Barjomi” kollektivi olub.

Qeyd edək ki, Muzaşvili ölkəsinin 18 yaşlılardan ibarət milli komandasında da forma geyinib.

Shares: