“Milan” qapıçısı Marko Sportiellonu itirib. Əli zədələnən 32 yaşlı futbolçu müalcə olunmaq üçün komandanın düşərgəsini tərk edərək İtaliyaya qayıdıb.

 Futbolinfo.az xəbər verir ki, oyunçunun zədəsi yaşıl meydanda olmayıb. O, oteldə uğursuz qəza keçirib. Nətcədə sol əlinin şəhadət barmağı sınan qolkiper 3 aylıq sıradan çıxıb.

“Milan” ABŞ-dəki hazırlıq dönəmində heyətə yeni qapıçı cəlb etməyəcək. “Rossonyerlər” Marko dönənə kimi gənc yetirmələrindən birinin xidmətindən yararlanacaq.

Shares: