“Qalatasaray”dan ayrılan Hamza Akman karyerasını Danimarkada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sonderyuske” klubuna keçib.
Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hamza ilə 3 illik müqavilə imzalanıb.
Türkiyə U-19 millisinin üzvü olan Akman “Qalatasaray”ın yetirməsidir. O, əsas komanda ilə 3 oyunda meydana çıxıb.