“Turan Tovuz” bir legionerini milliləşdirib. Ötən mövsüm əcnəbi kimi oyunlara çıxan Eltun Turabov artıq yerli statusundadır.
Futbolinfo.az xəbər verir ki, Gürcüstan vətəndaşı olan müdafiəçi azərbaycanlı olsa da, aşağı yaş qruplarından barət millilərdə oynasa da, pasport ala bilmirdi. Hətta ötən mövsüm bir müddət onun oynamasına qadağa qoyulmuşdu.
Artıq problem həllini tapıb. Eltun bu gün “Neftçi” ilə oyunun sonlarında 4-cü yerli oyunçu kimi meydana çıxıb legioner lmitnn pozulmasına imkan vermədi.