“Rəqibimiz də zəif deyildi ki, istədiyimiz hər şeyi edib, oyunumuzu göstərək”. Bunu futbolinfo.az saytına “Araz-Naxçıan”nın qapıçısı Tərlan Əhmədli deyib.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının açılış matçında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olan muxtar respublika təmsilçisinin üzvü səhvindən də danışıb. Matçın startında məhz Tərlanın kobud səhvindən sonra rəqib hesabı açmışdı: “Yaxşı kollektivimiz var. “Qarabağ” avrokubokda çıxış etdiyindən bizimlə oyuna tam hazır idi. Mübarizə aparıb, əlimizdən gələni etsək də alınmadı. Gələn oyunlarda eyni səhvləri etməmək üçün komanda şəklində çalışacağıq. Hər oyun potensialımızı daha da artırmağa çalışacağıq. Mövsüm ərzində belə matçların olması normaldır. Amma bundan sonra belə olmamağı üçün əlimizdən gələni edəcəyik. Builki hədəfimizi unutmayıb, əlimizdən gəldiyi qədər yuxarı pillələr uğrunda mübarizə aparacağıq”.

Xatırladaq ki, ötən mövsüm “Turan Tovuz”un formasını geyən Əhmədli o zaman da məhz “Qarabağ”la görüşdə kobud səhvə yol vermiş, rəqibə qol hədiyyə etmişdi.

GÜNAY SÜLEYMANOVA

Shares: