Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində daha bir oyununun yeri müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, C Liqasının 1-ci qrupunda yer alan yığmamız son turda İsveçin qonağı olacaq. Noyabrın 19-da gerçəkləşəcək qarşılaşma Solna şəhərində yerləşən “Friends Arena”da təşkil olunacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında 1-ci turdakı görüş sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Shares: