Yevlax rayonunda ən populyar idman növlərindən biri də taekvondodur. Rayonda olimpiya idman növü üzrə bölmənin uğurları gündən-günə artır.

Fəaliyyətə başladığı qısa müddət ərzində Yevlax Gənclər İdman Klubunun üzvlərinin əldə etdiyi nəticələr məşqçiləri sevindirir. Rayon komandasının üzvləri müxtəlif turnirlərə, o cümlədən zona və respublika yarışlarına qatılaraq medallar əldə ediblər. Rəqabətə davamlı idmançıların yetişməsi Yevlaxda taekvandonun inkişafının göstəricisidir.

Nicat Haqverdiyev (məşqçi): “Əvvəllər idmançılar zəif idi və bu, qazandığımız nəticələrdə də öz əksini tapırdı.Hazırda idmançılarımız bir sıra respublika səviyyəli yarışlarda rəqabət aparıb medal əldə edir. Rayonumuzda taekvondoya uşaq və yeniyetmələrin marağı böyükdür. Bu idman növü ilə məşğul olan idmançıların sayı da artır. Əvvəllər zalımızda 30-40 nəfər bu idman növü ilə məşğul olurdusa, hazırda say 100-ə yaxınlaşır”.

f5cada59 6943 432e 9ebf 733204443b69 - Futbolinfo.az

Məşq bölmələrində 5-17 yaşarası uşaq və yeniyetmələrə şərq döyüş növünün sirrləri öyrədirlir. Klubda oğlanlarla yanaşı, qızlar da taekvando ilə məşğul olur. Klubun əsas məqsədlərdən biri də rayonda bütün yaş qruplarından olan idman həvəskarlarının maraq dairəsinin artırılması və müvafiq bölmərə cəlb olunmasıdır.

Süleyman Həsənov (taekvondoçu): “Artıq 4 ilə yaxındır taekvondo ilə məşğul oluram. Bir sıra nəticələr qazanmışam. İnanıram ki, gələcəkdə millimizin tərkibində dünya və Avropa çempionatlarında uğurlu nəticələr qazanacam”.

Mətanət Əliyeva (taekvondoçu): “Taekvondo idman növünü çox sevirəm. Təşkil olunan məşqlərdə iştirak edirəm. Yevlaxda taekvondo bölməsinin olması rayonda olan uşaqların da bu idman növü ilə məşğul olmasına gətirib çıxarır. Düşünürəm ki, yaxın illərdə Yevlaxdanda güclü taekvondoçular milli komandanın tərkibinə qatılacaqlar”.

32df21b8 c430 4a33 a962 1fdfbb1ac958 - Futbolinfo.az

Taekvandoçuların fiziki hazırlığı ilə yanaşı taktiki-texniki bacarığı da diqqət mərkəzindədir. Bölmənin üzvləri mütamadi olaraq kəmər imtahanları verərək dərəcələrini artırırlar.

Paris Olimpiadasında taekvondoçumuz Qaşım Maqamedovun qazandığı gümüş medal yerli gənclərə daha da stimul verəcək. Bu nəticə sözegedən idman növünün yenidən populyarlaşmasına səbəb olacaq.

BƏHRUZ MUSAYEV, YEVLAX

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: