Bir neçə gün əvvəl “Sabah”dan ayrılan İshak Belfodil hələ də özünə yeni komanda tapmayıb.

Futbolinfo.az Əlcəzair mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirməyə yaxındır.

Əlcəzair millisinin üzvü son ölkə çempionu “Aljir”dən təklif alıb. Şəhərin eyniadlı klubunun prezidenti futbolçu ilə əlaqə saxlayıb, təklifini edib. Ancaq Belfodil özü hələ də Avropada qalmağa ümid edir. O, ilk növbədə “Köhnə dünya”dan təklif gözlədiyini bildirib. Bu variant baş tutmasa, forvard “Aljir”in təklifini müsbət cavablandıracaq.

Qeyd edək ki, İshak Belfodil ötən mövsüm “Sabah”ın heyətində Premyer Liqada keçirdiyi 18 oyunda 3 qol vurub.

Shares: