ABŞ yığmasının lideri Lebron Ceyms Olimpiya Oyunları tarixində daha bir unikal nailiyyətin müəllifi olub.
Serbiya millisi ilə Olimpiadanın yarımfinal oyunundan sonra Ceyms oyunlar tarixində 300 xal, 125 ribaund və 125 məhsuldar ötürmə ilə yadda qalıb ki, bunu da indiyədək heç bir basketbolçu edə bilməyib.
Xatırladaq ki, Lebron oyunda tripl-dabl edib. O, Olimpiadalar tarixində ən çox tripl-dabl edən basketbolçudur.