Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparır. Bu komandaların ilk oyunu bolqarların qələbəsiylə yekunlaşıb. 

Cütün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” – “Qarabağ”
Baş hakim: Simone Sozza (İtaliya)
Razqrad. “Ludoqorets Arena”.

Shares: