“Qarabağ” “Stal”ın qapıçısı Mateuş Koçalskinin transferi üçün Polşa klubu və futbolçunun özü ilə danışıqları davam etdirir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan çempionu bu transferdə maraqlı olsa da, təklif polşalıların ürəyincə deyil.

“Stal” 24 yaşlı qolkiper üçün yeganə təklifi məhz ağdamlılardan alıb. “Qarabağ” keçidi 1 milyon avrodan aşağı qiymətə həll etməyə çalışır. Ancaq Koçalskinin transfer məbləğinin yarısı “Legiya”ya köçürüləcəyindən, “Stal” rəhbərliyi daha yüksək məvacib tələb edir. Belə ki, Melets klubu 2022-ci ildə onu “Legiya”dan alarkən müqaviləyə növbəti transfer məbləğinin 50 faizinin varşavalılara çatacağı bəndi salınmışdı.

“Qarabağ”la “Stal” rəhbərliyinin yaxın vaxtlarda transferi rəsmən açıqlaması gözlənilir.

Qeyd edək ki, Mateuş Koçalskinin “Stal”la sözləşmə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares: