Dünən avrokuboklarda 3-cü təsnifat mərhələsinin bir neçə cavab oyunu keçirilib.

Futbolinfo.az saytının məlumatına görə, baş tutan matçların ardından UEFA reytinqində müəyyən dəyişikliklər olub.

Bolqarıstanda “Ludoqorets”i darmadağın edən “Qarabağ” Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb. Ancaq bu, geriləməyimizə mane olmayıb. Son 5 ildə 18,750 xal toplayan Azərbaycan UEFA reytinqində 25-ci sıraya düşüb. İsveç iki klubunun reytinq xalı qazanması sayəsində 24-cü sıraya yüksəlib.

Hazırda isveçlilərlə eyni əmsala malikik. Sadəcə, cari mövsümdə İsveç 3,000, Azərbaycan isə 2,000 xal topladığından geri qalırıq. 23-cü sıradakı Slovakiyadan isə cəmi 0,125 xal geridəyik.

Keçirilən oyunlar həmçinin Kipr və Estoniyanın irəliləməsi, Bolqarıstan və Albaniyanın isə geriləməsi ilə müşahidə olunub.

UEFA reytinqinə 89,160 əmsalla İngiltərə başçılıq edir.

Shares: