Martin Demişelis Meksikada işləyəcək. Ötənlərin məşhur futbolçusu “Monterrey”in yeni baş məşqçisi təyin olunub.
Futbolinfo.az xəbər verir 43 yaşlı argentinalı mütəxəssis az öncə ilyarım işlədiyi “River Pleyt”dən istefaya göndərilmişdi. Daha öncə “Malaqa”da köməkçi-məşqçi, “Bayern”in müxtəlif uşaq komandalarında baş məşqçi kimi çalışan sabiq müdafiəçinin müqaviləsinin detalları açıqlanmır.
Futbolçu kimi “River Pleyt”, “Bayern”, “Malaqa”, “Atletiko”, “Mançester Siti” və “Espanyol”da çıxış etmiş Martin hədəfinin Avropada işləmək olduğunu bildirib. O, hazırda özünü inkişaf etdirmək üçün Meksikaya yollanıb.