Pyer Kalilu tezliklə “Yuventus”un futbolçusu olacaq. “Milan” mərkəz müdafiəçisini heyətində saxlamaq istəsə də, turinlilərin təklifində israrlı olması vəziyyəti dəyişib.
Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” Kalilunun getməyə razılıq verməsindən sonra onu satmaq qərarına gəlib. Fransalının artıq bu gün “Yuventus” üçün tibbi müayinədən keçməsi gözlənilir.
2020-ci ildən bəri “Milan” forması geyən Konqo əsilli müdafiəçi Lion “Olimpik”indən 1,4 milyon avroya transfer olunmuşdu. İndi isə 24 yaşlı müdafiəçinin dəyər 20 milyon avrodur.