“Liverpul” “Valensiya”nın gürcüstanlı qapıçısı Giorgi Mamardaşvili ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə məşhur jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində  məlumat verib.

Mənbənin sözlərinə görə, Giorginin transferi ilə bağlı “Valensiya” və “Liverpul” arasında danışıqlar davam edir. Tərəflər arasında hələlik razılıq yoxdur. Xatırladaq ki, mersisaydlıların qapıçı üçün 30 milyon avro ödəyə biləcəyi barədə məlumat yayılmışdı.

Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm qapıçı 32 oyun keçirib, onlardan 12-də qapısında qol görməyib. Transfermarkt internet portalının hesablamalarına görə, Mamardaşvilinin 45 milyon avro bazar qiyməti var.

Shares: