Eduardo Kamavinqa zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
“Real”ın yarımmüdafiəçisi Avropa Superkuboku uğrunda “Atalanta” ilə oyun öncəsi dünənki məşq zamanı zədələnib. Fransız meydanı axsayaraq tərk edib.
Tibbi müayinələrin nəticələrinə əsasən, Kamavinqaya sol dizin daxili bağının qırılması diaqnozu qoyulub. Məlumata görə, bu cür zədənin bərpa müddəti adətən 6-7 həftə çəkir.