Ötən gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” səfərdə "Apollon"la 1:1 bərabərə qalıb.
Kiprdəki oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin anlar yaşanıb. Belə ki, 90+2-ci dəqiqədə təmsilçimiz lehinə penati təyin olunduqdan sonra ara qarışıb və bəzi azarkeşlər meydançaya daxil olub. Hətta soyunub geyinmə-otağına gedərkən tərəflər arasında dava da düşüb.
Sizi həmin hadisələrdən hazırlanmış videoreportajla tanış edirik.

Shares: