Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz ölkəmizin UEFA klub reytinqinə cəmi 0.125 xal əlavə edə biliblər. 
Belə ki, İspaniyada “Atletik”ə uduzan “İnter” hesabımıza əmsal yaza bilməyib. Əldə olunan xalı isə Kipr səfərindən bərabərliklə qayıdan “Qəbələ” qazanıb. Bununla da, 54 ölkə arasında 29-cu olan Azərbaycanın hesabında 12.375 reytinq xalı var. 
Bizdən 1 pillə irəlidə olan Serbiya isə aradakı xalq fərqini bir az da artırıb. Belə ki, “Sampdoriya”nı səfərdə 4:0 hesabı ilə məğlub edən “Voyvodina” ölkəsinin əmsalına daha 0.250 xal qazandırıb. Bu qələbədən sonra hazırda Balkan yarımadası təmsilçisinin aktivində 12.375 xal var. Bizdən 1 pillə arxada – 30-cu yerdə qərarlaşan Slovakiya isə Azərbaycana bir az da yaxınlaşıb. Belə ki, adıçəkilən ölkənin AL-də iştirak edən 3 klubundan yalnız 1-i qələbə qazanaraq, hesablarına 0.250 xal əlavə edib. Hazırda slovakların aktivində olan əmsal 11.500-ə bərabərdi.
Qeyd edək ki, cari mövsümdə ölkəmizin hesabına “Qarabağ” 0.375, “Neftçi”, “Qəbələ” və “İnter” isə 0.625 reytinq xalı əlavə edib.
Shares: