Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İspaniyada “Atletik”ə məğlub olan “İnter”in bir neçə uğursuz məqamlarla yadda qalıb. Futbolinfo.az xəbər verir ki, komanda cari mövsümdə ilk məğlubiyyətini alıb. Paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 4 matçın 1-də qalib gəlmiş, 3-də isə rəqibləri ilə sülhə razılaşmışdı. 
Digər qırılan seriya isə “bankirlər”in səfər matçlarındakı məğlubiyyətsiz seriyalardı. Belə ki, bakılılar avrokuboklarda səfər qarşılaşmasında 4 matç öncə – 2013-cü ildə Norveçdə “Tromse” ilə qarşılaşmada məğlubiyyətə üzülmüşdü. Bilbaoda qeydə alınan nəticə “göy-ağlar”ın avrokuboklarda səfərdə 5-ci məğlubiyyəti oldu. 
Bundan başqa klublarmızın avrokuboklarda İspaniya təmsilçisinə qarşı ilk dueli də məğlubiyyətlə yadda qaldı. Digər maraqlı məqam isə ondan ibarətdi ki, Bakı klubu indiyədək heç vaxt avrokuboklarda 2 ardıcıl matçda qolsuz keçinməyib. Əgər cavab qarşılaşmasında təmsilçimiz rəqib qapısına yol tapa bilməsə, “bankirlər” üçün anti-rekord olacaq.
ELMAR ABDULLA-ZADƏ
Shares: