AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev ilk dəfə olaraq, beynəlxalq oyuna təyinat alıb. Futbolinfo.az xəbər verir ki, o, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Vaduz” (Lixtenşteyn) – “Tun” (İsveçrə) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Qeyd edə ki, sözügedən görüş avqustun 6-da Lixtenşteynin Vaduz şəhərində baş tutacaq.
(affa.az)