Türkiyədəki hazırlığını başa vurub, vətənə qayıdan “Xəzər Lənkəran” artıq doğma şəhərdədi. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" 4 günlük qısa istirahətin ardından Lənkərandakı bazasında toplaşaraq məşqlərə start verib. 
Düşərgədə yalnız bir futbolçu, zədəli Sadio Tounkara paytaxtda reabilitasiya mərkəzində bərpa kursu keçidyindən məşqlərdə iştirak etmir. “Xəzər Lənkəran” yeni mövsümün ilk turuna qədər hazırlığı Lənkərandakı bazasında davam etdirəcək.
Xatırladaq ki, məşqlər azarkeşləri üçün açıq keçirilir.
Shares: