İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.    
"Qırmızı qardaşlar" səfərdə “Helsinqborq”la üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesabı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Nuri oyunu əvəzedilmədən keçirib.   
Qeyd edək ki, “Kalmar” 22 xalla 9-cu pillədə qərarlaşıb. 
Shares: