“Qəbələ” UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə cavab oyununun hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, dünən axşam məşqini ADBTİA stadionunda keçirən "qırmızı-qaralar" bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqə çıxıb.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, qəbələlilərin qapıçısı Andrey Popoviç bu hazırlıq prosesində iştirak etməyib. Əldə etdiyimiz məlumata görə, ötən gen "qırmızı-qaralar"ın məskunlaşdığı otelə içkili vəziyyətdə gələn qolkiper əsas komandadan uzaqlaşdırılıb. O, əvəzedici kollektivə göndərilib.
Bundan əlavə, zədə səbəbindən yunanlarla ilk oyunu buraxan Georgi Floresku da həmin məşqdə fərdi şəkildə meydançanın ətrafında qaçıb.
 
Qeyd edək ki, Popoviç bundan öncə çıxış etdiyi klublarda – "Sumqayıt" və "Turan"da, həmçinin Azərbaycan milli komandasına bu tipli hallara yol vermişdi. 
 
Shares: