UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və son məşqlərin vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, komandalar sabah Tofiq Bəhramov adına Respublika Stadionunda son məşqə çıxacaqlar.
Əvvəlcə saat 17:00-da İsveç yığması məşqə çıxacaq. 18:15-də baş məşqçi Yon Dal Tomassonun mətbuat konfransı baş tutacaq. Saat 18:45-də millimizin çalışdırıcısı Fernandu Santuş media önünə çıxacaq. Bundan 15 dəqiqə sonra yığma məşqə çıxacaq.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək görüş saat 20:00-da başlayacaq.