Futbol üzrə İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Azərbaycan yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

“Daha yaxşı oynamağa başlamışıq. Düzgün istiqamətdə irəliləyirik. Sabahkı matçda komandamdan qələbə gözləyirəm. Futbolçularımız sabah qürurla çıxış edəcəklər. Komandamızın bütün üzvləri qələbəyə köklənib. Azərbaycan millisi doğma meydanda çox yaxşı çıxış edir”.

İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevski də inamlı danışıb: “Sabah bizi çətin oyun gözləyir. Qalib gələcəyimizi düşünürük. Şanslarımız var”.

Sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Shares: