UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün ilk oyununa çıxacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş İsveçlə oyun üçün heyətə cəlb olunan 24 futbolçudan 1-ni kənarda saxlamaq qərarına gəlib.

Belə ki, müdafiəçi Qismət Alıyev qarşılaşmanı tribunadan izləməli olacaq. “Zirə”nin 28 yaşlı oyunçusu “23-lüy”ə salınmayıb.

Qapıçılar: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 23. Mehdi Cənnətov;

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 22. Abbas Hüseynov;

Yarımmüdafiəçilər: 6. Emil Mustafayev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 10. Ozan Can Kökçü, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Aleksey İsayev, 21. Xəyal Nəcəfov;

Hücumçular: 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Rüstəm Əhmədzadə, 19. Nəriman Axundzadə.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç qarşılaşması saat 20:00-da başlayacaq.

Shares: