İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Azərbaycan yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis nəticəni dəyərləndirib:
“Nəticədən razıyam. Rəqibə açıq oyun təklif etdik. Kifayət qədər şanslar əldə etdik. Bəzi çatışmazlıqlar vardı. Topu itirəndə komanda yerini tuta bilmirdi. Bunun üzərində işləməliyik. Qapıçının çıxışından razıyam”.
Azərbaycan – İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.