Azərbaycanın “Birbaşa Bakı” klubu Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında üçüncü matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, təmsilçimiz Çexiyanın “BKMK Brno” komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
İlk görüşdə İspaniyanın “Malaqa” komandası ilə heç-heçə oynayan “Birbaşa Bakı”, ikinci matçda İtaliya “Livorno”sunu 3:1 hesabı ilə məğlub edib.