“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin dəvət aldığı Monteneqro millisi UEFA Millətlər Liqasının ilk turunda səfərdə İslandiya ilə qarşılaşıb. Matç İslandiya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Veşoviç sona kimi meydana çıxmayıb. Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki “Qarabağ”ın müdafiəçisinə bu matçda şans verməyib.

Qeyd edək ki, Monteneqro millisi turnirdəki ikinci matçını sentyabrın 9-da öz meydanında Uelsə qarşı keçirəcək.

Shares: